Müəllimliyə namizədlərin sayı artıb - VİDEO

Müəllimliyə namizədlərin sayı artıb - VİDEO
“Müəllimlərin işə qəbulu üzrə imtahanlarda rekord sayda namizəd olub“

"Hazırda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarla əlaqədar olaraq ölkədəki bütün orta məktəblərdə vakant yerlərin müəyyənləşdirilməsi üçün müvafiq işlər aparılır".

REAL xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yaxın zamanlarda orta məktəblərdəki bütün vakant yerlər haqqında məlumat veriləcək: "Hesab edirəm ki, bu il elan edilən vakant yerlərin sayı ötən ildəki vakant yerlərin sayından çox olacaq. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda iştirak etmək üçün elektron ərizə ilə qeydiyyatdan keçən müəllimlərin sayı 56 mindən çoxdur. Bu, əvvəlki illərlə müqayisədə rekord göstəricidir. İşə qəbul üzrə keçirilən imtahanlarda orta hesabla gün ərzində 3200-dək namizəd iştirak edir. Bütün ixtisaslarla bağlı namizədlərin sayı çoxluq təşkil edir. Namizədlərin sayına əsasən elan ediləcək bütün vakant yerlərin tutulması gözlənilir".

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə