Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

REAL xəbər verir ki, APA-nın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl BMCMİ-nin rəisi Seyfulla Əzimov Azərbaycan Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ə. Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. O, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə