“Ulu Öndər“ film və mahnısının təqdimatı - VİDEO, YENİLƏNİB

“Ulu Öndər“ film və mahnısının təqdimatı - VİDEO, YENİLƏNİB
Məqsəd H.Əliyev irsinin tanıdılmasıdır

Ümumilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının təqdimatı keçirilib.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov, Daxili İşlər naziri Vilayət Eyvazov və Milli Məclisin deputatları iştirak ediblər.

Tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti, unikal liderlik keyfiyyətləri, güclü milli iradəsi, xüsusi idarəçilik istedadı və rəhbərlik bacarığından danışıb. 

Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Gənclər və İdman naziri Azad Rəhimov Heydər Əliyev irsinin bütün gənclər üçün nümunə olduğunu deyib.

“Ulu Öndər” sənədli filmində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-cu ildən 2003-cü ilədək həyat və fəaliyyətinin müxtəlif dövrünü əhatə edən kadrlar, Azərbaycan gənclərinə verdiyi tövsiyələr əksini tapıb.

Filmin quruluşçu rejissoru, professor Rafiq Quliyev, redaktoru İradə Soltanova, prodüseri Üzlüfət Qasımovadır. Eyni adlı mahnının bəstəkarı isə bəstəkar, xalq artisti Siyavuş Kərimidir. Mahnının sözləri filologiya elmləri doktoru, professor Rafiq Yusifoğluya məxsusdur.

 

*****

16:45

Bakıda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunan "Ulu öndər" sənədli filminin və mahnının təqdimat mərasimi keçirilib.

REAL xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov, Gənclər və İdman naziri Azad Rəhimov, deputatlar iştirak edib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə