Güləşçilərimiz medalla başladı

Güləşçilərimiz medalla başladı
Təmsilçimiz beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Türkiyədə sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri başlayıb. İstanbul şəhərində keçirilən yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcəklər.

Turnirin ilk günündə seçməmizin 3 üzvü xalça üzərinə çıxıb. 

70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən Müslimov adını finala yazdırmaqla ən azı gümüş medalı rəsmiləşdirib. Murtuzəli həlledici görüşdə bolqarıstanlı Mixail İliev Georgiyevlə münasibətləri aydınlaşdıracaq.

57 kq-də güləşən Georgi Edişeraşvili ilk görüşdə italiyalı həmkarı ilə bacarmayıb. Bununla da güləşçimiz təsəllevirici görüşlərə qatılacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə