Metroda həyəcanlı anlar - VİDEO

Metroda həyəcanlı anlar - VİDEO
Sərnişinlər vaqonun qapıları arasında qalıb

Səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Dərnəgün-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın İnşaatçlar stansiyasında vaqonlarından birində texniki problem yaranıb, təhlükəsizlik məqsədilə sənişinlər boşaldılıb.

Bir neçə dəqiqədən sonra qərar verilib ki, sərnişinlər yenidən həmin qatara minsin. Lakin bu zaman qapılar qəfil bağlanıb və sərnişinlər qapının arasında qalıblar. Stansiya polislərinin və digər sərnişinlərin köməyilə qapılar aralanaraq qapı arasında qalan sərnişinlər çıxarılıb.

Sərnişinlərdən xəsarət alan olmayıb.

Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmməvodun bildirdiyinə görə, yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5-7 dəqiqə fasilə yaranıb. Bundan sonra yaranan problem aradan qaldırılıb və qatar yoluna davam edib.

Bakı Metropoliteni QSC-nin baş mühəndisi Əlixan Osmanovun sözlərinə görə həm yeni vaqonlar, həm də mövcud vaqonlar texniki tələblərə cavab verir və hərəkət təhlükəsizliyini təmin edir. Yeni vaqonlarda daha bir yenilik olacaq.

Ümumiyyətlə dünyada, o cümlədən Azərbaycanda metro ictimai nəqliyyat vasitələri içərisində ən çox istifadə olunan nəqliyyat vasitəsidir. Bakı metrosundan gün ərzində təxminən 700 minə yaxın sərnişin istifadə edir. 

Bakı metropolitenin Rusiyanın Metrovaqonmaş şirkəti ilə imzaladığı müqavilə əsasında bu il 30 ədəd yeni vaqonun ölkəyə gətirilməsi həyata keçirilir. 

Qeyd edək ki, yeni vaqonların birinci partiyası yəni 10 ədədi ötən ay gətirilib, bu aydan başlayaraq ilin sonuna qədər daha 20 vaqonun ölkəyə gətiriləcəyi nəzərdə tutulub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə