“Azərsu“nun rəhbərliyi vətəndaşları qəbul edəcək

“Azərsu“nun rəhbərliyi vətəndaşları qəbul edəcək

İyulun 19-da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları, onun I müavini Teyyub Cabbarov isə Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarının sakinlərini, iyulun 23-də digər müavin Etibar Məmmədov isə Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Qəbullar “Şəki Sukanal” TSC-nin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək, içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” TSC-yə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 10 50) nömrəsi, office@azersu.az elektron poçt ünvanı vasitəsilə “Azərsu”ya müraciət edə bilərlər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə