Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir

Dövlət bayrağının istifadəsinə dair tələblər dəyişdirilir.

REAL APA-ya istinadla xəbər verir ki, bununla bağlı “Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun layihəsinin 9-cu maddəsinə (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) dəyişiklik təklif edilir.

Sənədin 9-cu madəsinin 9.1-ci bəndinə təklif olunan dəyişikliklə, Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və “Dövlət Bayrağının təsvirinin təsdiq ediməsi haqqında” Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Sənədin hazırkı variantı isə belədir: “Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

Digər dəyişiklə sənədin 9.2-ci bəndi ləğv edilir: 

Sənədin 9.2-ci bəndi belədir: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”.

Milli Məclisin bu gün keçirilən iclasında sənədə dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə