İraq BP ilə neft müqaviləsi imzaladı

İraq BP ilə neft müqaviləsi imzaladı
İraq hökuməti BP ilə imzaladığı müqavilə ilə Kərkükdən gündəlik 750 min barrel neft ixrac edəcək.

Rəsmi Bağdad ilə BP arasında İraqdakı neft yataqlarının inkişaf etdirilməsi üzrə müqavilə imzalanıb

Bu barədə İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi məlumat verib. Nazir bildirib ki, İraq hökuməti BP ilə imzaladığı müqavilə ilə Kərkükdən gündəlik 750 min barrel neft ixrac etməyi hədəfləyir:

"Biz əsasən Kərkükdəki neft yataqlarını inkişaf etdirmək istəyirik. Müqavilə İraq hökumətinə məxsus “Şimal” neft şirkətinin yataqlarını inkişaf etdirməsini və ixracın artırılmasını nəzərdə tutur. İraqın tək gəlir mənbəyi olan neft ixracının artırılması üçün “Şimal” neft şirkəti böyük əhəmiyyət kəsb edir. Bu müqavilə şirkət üçün əhəmiyyətli olacaq”.

Xatırladaq ki, 2013-cü ildə İraqın Neft Nazirliyi və BP şirkəti arasında müqavilə imzalanıb, lakin ölkədə İŞİD terror qruplaşmasının varlığı razılaşmanın həyata keçməsinə əngəl olub. İŞİD terror qruplaşmasının İraqdan çıxarılması ilə təxminən 4 il sonra qeyd edilən razılaşma rəsmi olaraq yenidən həyata keçirilmiş oldu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər