Bu gün Latviyada şahmat üzrə Qran pri turnirinin ikinci mərhələsi start götürür.
Riqada keçirilən yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Qrossmeysterimiz 1/8 final mərhələsində rusiyalı Daniil Dubovla münasibətləri aydınlaşdıracaq.
Tərəflər qalibi müəyyənləşdirmək üçün 2 partiyada üz-üzə gələcəklər. Heç-heçə qeydə alınacağı təqdirdə, cütün taleyi tay-brekdə müəyyənləşəcək.
Xatırladaq ki, Qran pridə ümumilikdə 16 şahmatçı mübarizə aparır.
Turnir olimpiya sistemi üzrə keçirilir.