Nazirlik: Ehtiyat dərsliklərin siyahısı genişləndiriləcək

Nazirlik: Ehtiyat dərsliklərin siyahısı genişləndiriləcək

“Müasir tələblərə cavab verən dərsliklərin hazırlanması məqsədilə Nazirlər Kabinetinin 24.10.2016-cı il tarixli sərəncamına uyğun olaraq Təhsil İnstitutunda yaradılan Tədris Resursları Mərkəzində baza (ehtiyat) dərsliklərin hazırlanmasına başlanılıb. Artıq həmin Mərkəz tərəfindən ümumtəhsil müəssisələrinin 1-ci sinifləri üçün “Azərbaycan dili (tədris dili)” və “Riyaziyyat” fənləri üzrə yeni baza (ehtiyat) dərsliklər hazırlanıb ki, bu dərsliklər 2018/2019-cu tədris ilindən başlayaraq seçilmiş 100 məktəbin pilot siniflərinin sınaq istifadəsinə verilib.

REAL APA-ya istinadla xəbər verir ki, sınaq istifadə qarşıdan gələn 2019/2020-ci tədris ilində də davam etdiriləcək: “Daha sonra nəticələr mütəxəssislər tərəfindən təhlil ediləcək və dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparıldıqdan sonra onlar kütləvi istifadəyə veriləcək. Göründüyü kimi, proses hələ ki, ümumtəhsil müəssisələrinin 1-ci siniflərini yalnız 2 fənn üzrə əhatə edir. Növbəti illərdə bu dərsliklərin siyahısı genişləndiriləcək və ardıcıl olaraq digər təhsil dövrləri üçün yuxarıda təsvir edilən analoji prosedurlardan keçiriləcək”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə