Peşəsindən uzaq düşən sənətkar - VİDEO

 Peşəsindən uzaq düşən sənətkar - VİDEO
1-ci qrup əlil R.Quliyev özünüməşğulluq proqramına qoşulmaq istəyir

Tanış olun. Qəhramanım Rafael Quliyev. 56 yaşı var. Ali təhsilli müəllimdir. 2009-cu ildə etdiyi ehtiyatsızlıq onun bütün həyatını dəyişib. Hündür mərtəbəli binadan yıxılandan sonra səhhəti yol vermədiyindən məktəbdən də çıxmalı olub.

Müsahibim bundan sonra aldığı birinci qrup əlil təqaüdü ilə dolanmaq məcburiyyətində qalıb. Son 10 ildə isə özünü toplayaraq dülgərliklə, oyma sənəti ilə məşğul olur. Hazırladığı suvenirləri, məişət əşyalarını satır.

Müsahibimin dediklərindən belə başa düşdüm ki, özünüməşğulluq dövlət proqramından yararlanmaq istəyir. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli imzaladığı sərəncamla özünüməşğulluğun dövlət maliyyələşməsi hesabına inkişaf etdirilməsi məqsədi ilə 6 milyon manat vəsait ayrılıb. Proqram bütün ölkə ərazisini əhatə etməklə aztəminatlı ailələrə hədəflənib.

Rafael Quliyevin də tək istəyi məhz budur. 

Dövlət Məşğulluq Xidmətindən REAL-a bildiridlər ki, əgər vətəndaş özünə məşğulluq proqramından istifadə etmək istəyirsə ilk növbədə yaşadığı ərazi üzrə Dövlət Məşğulluq Xidmətinin şöbələrinə müraciət etməlidir.

Ona ixtisasına və peşəsinə uyğun vakant iş yerləri təklif olunur. Əgər vətəndaşın biznes ideyası varsa bu halda vətəndaş üçün özünə məşğulluq şəraitinə baxış keçirilir.

Biznes plana cəlb olunaraq 1 aylıq təlimlərə qoşulur. Öz biznes ideyasını müdafiə etdikdən sonra, əgər prosesdən uğurla keçirsə ona aktivlər verilir.

Konkret şikayətçi birinci qrup əlil Rafael Quliyevə gəldikdə isə qurumun mətbuat katibi Əsmər Nəcməddinqızının cavabı belə oldu.

Qeyd edək ki, 2019-cu ilin 6 ayı ərzində 3000 ə yaxın vətəndaş özünə məşğulluq proqramından yararlanaraq xüsusi kurslara cəlb ediliblər.

Kurslar bitəndən sonra həmin şəxslərə təqdim etdikləri biznes planlara uyğun olaraq maliyyə vəsaiti ayrılacaq. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə