Qazaxda tələbəni qətlə yetirmiş məktəblinin məhkəməsi başlayır

Qazaxda tələbəni qətlə yetirmiş məktəblinin məhkəməsi başlayır

Qazaxda kollec tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Qocayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

REAL-ın APA-ya istinadən məlumatına görə, M. Qocayev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, ötən il Qazaxın Çaylı kəndində 1999-cu il təvəllüdlü Cələddinli Rahil Sübhan oğlu 17 yaşlı Qocayev Məhərrəm Kamran oğlu tərəfindən qətlə yetirilib. 

Məlum olub ki, Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayeva 25-30 manat borc verib. R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu, tərəflər arasında mübahisəyə səbəb olub. Nəticədə M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə