Kür sutəmizləyici qurğular kompleksi - VİDEO

Kür sutəmizləyici qurğular kompleksi  - VİDEO
H.Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə infotur təşkil edilib

Kür sutəmizləyici qurğular kompleksindəyik. Qeyd edim bu kompleksin tikintisinə qədər əhalinin içməli su təminatında ciddi çətinliklər vardı.

Amma Heydər Əliyevin gəlişi ilə bu kompleksin tikintisi sürətləndirildi və 2013 cu ilə qədər Bakının 40 faizi içməli su ilə təmin olundu. 2013 ildən sonra isə digər bölgələrə buradan içməli su verildi. Onu da qeyd edim ki, Kür su kəmərinin tikintisinin ilkin mərhələsi zamanı Abşerona saniyədə 35 kumbetr suyun nəqlinə imkan yaradılıb.

Sözügedən sutəmizləyici kompleks Hacıqabul rayonunun Kiçik Talış kəndində yerləşir. Kompleksin birinci mərhələsinin inşasına 1968-ci ildə başlanılsa da, işlər 1969-cu ildə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra sürətləndirilir.

“Azərsu” ASC-nin sədrinin müşaviri, vaxtilə Kür sutəmizləyici qurğular kompleksinin və Kür-Bakı su kəmərlərinin tikintisində iştirak edən Əməkdar mühəndis Telman Ağayev belə deyir. 

“Heydər Əliyev qərar verdiki xalq tikintisi elan edək tikintini davam etdirək. Avqustdan başlayaraq 1969-cu ildən burada yenidənqurma işləri başladı. 142 kilometri əhatə edən bu kompleks Bakı şəhərinə içməli suyun tikintisinə başlanıldı. 142 kilometr polad boruların alınması daşınması quraşdırılması əzmkarlıqla aparılırdı. 1969-cu ildə ilk üzən nasos stansiya təhvil verildi. Kürdən götürülən su burda daxilində 3 nasos stansiyası var. O nasoslarin hər biri məhsuldarlığı 6300 kvmetrdir”.

Tikinti üçün lazım olan böyük həcmdə nasos stansiyalarının istehsalı da Heydər Əliyevin mümkün səyləri nəticəsində istehsal olunur. Bu avadanlıqlar xüsusi təyinatlı idi və ən azı iki il qabaqcadan sifariş verilməliydi. 

“Avadanlıqlar bir il ərzində həm təminat olundu nasos stansiya, transfarmatorlar istehsal olundu ittifaq zavodalarınada gətirlidi quraşdırıldı. Bura elə bir yer idiki burada ilanlar mələyirdi. Şərait çox ağır idi. Xüsusi iaşə oyektləri təşkil olundu. Bakıdan bura məişət geyim əşyaları ilə inşaatçıları təmin ediblər”.

Görülən işlərin nəticəsində ilk olaraq 1970-ci il sentyabrın 27-də Bakıya içməli su çatdırılır. 

Daha sonra burada istismar olunan qurğu və avadanlıqların iş prinsipi ilə bağlı məlumat verildi. Kür Su Təchizatı idarəsinin rəisi Eldəniz Həsənov suyun təmizlənməsi prosesi barədə danışıb. Bildirib ki, üzən nasos stansiyaları vasitəsilə çaydan götürülən su radial durulduculara ötürülür.

“Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. Növbəti mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçən su anbara ötürülür və buradan nasoslarla magistral kəmərlərə vurulur”.

Qeyd edək ki, ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Kür su təmizləyici qurğular kompleksinə səfəri təşkil olunub..İnfotur zamanı jurnalistləri maraqlandıran digər suallar da ətraflı cavablandırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə