Əbülfəs Qarayevdən çağırış - VİDEO

Əbülfəs Qarayevdən çağırış - VİDEO
Nazir sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Əbülfəs Qarayev UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib. 

Əbülfəs Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə