Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb

Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb

Səhhətində yaranan problemlərə görə Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti, müğənni Yalçın Rzazadə xəstəxanadan evə buraxılıb.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib.

"Yalçın Rzazadə ambulator müayinəyə götürülüb. O, müayinə olunduqdan sonra evə buraxılıb. Vəziyyəti normaldır", - Mərkəzi Dənizçilər Xəstəxanasından bildirilib.

Y.Rzazadənin oğlu Yusif Rzazadə isə "Report"a bildirib ki, atası hazırda evdədir: "Atamın vəziyyəti yaxşı deyil. Öd kisəsində problemlər yaranıb və qanına zəhərlənmə yayılıb. Bununla yanaşı mədəsində də bir neçə problem aşkarlanıb. Hazırda analizləri vermişik və cavabını gözləyirik. Analizlərin cavabından sonra atamın səhhəti ilə bağlı yekun qərar veriləcək. Əməliyyat olunacağını ehtimal edirəm".

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar ötən gün Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə