Tatarıstan prezidenti Azərbaycana səfərə gələcək

Tatarıstan prezidenti Azərbaycana səfərə gələcək

Tatarıstan Prezidenti Rüstəm Minnexanov bu ilin oktyabr ayında Azərbaycana işgüzar səfər etmək niyyətindədir.

REAL Report-a istinadla xəbər verir ki, bunu Tatarıstan prezidentinin mətbuat katibi Liliya Qalimova bildirib.

“Hazırda Tatarıstanın Azərbaycanla ticarət dövriyyəsi 58 milyon ABŞ dolları həcmindədir. Bu, çox kiçik rəqəmdir, əlaqələrimizin yaxşı dövrlərində həmin göstərici 200 milyon dollara çatıb. Prezident Minnexanovun Bakıya oktyabr ayının ikinci yarısına nəzərdə tutulmuş səfəri zamanı qarşılıqlı əməkdaşlığın inkişafını müzakirə etməklə bağlı razılıq əldə olunub”, – mətbuat katibi deyib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə