Gözümüz Bakıda, ürəyimiz Moldovada - VİDEO

Gözümüz Bakıda, ürəyimiz Moldovada - VİDEO
Komandalarımız Avropa Liqasında ilk oyunlarına çıxacaqlar

Bu gün Azərbaycanın iki komandası futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.

1-ci təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" kollektivləri müvafiq olaraq Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək.

Premyer Liqanın bürünc mükafatçısı olan Səbail Bakıda “Universitatya” ilə münasibətləri aydınlaşdıracaq. Bayıl Arenada oynanılacaq matçın matçın start fitini saat 20-də səslənəcək. Görüş maltalı baş hakim Fyodor Zammitə həvalə olunacaq.

Flaqman isə səfərdə "Sperantsa" ilə qarşılaşacaq. "Neftçi" Kişinyovdakı "Zimbru" stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə üzündən oynamayacaq. Saat 21-də başlayacaq "Sperantsa" - "Neftçi" görüşündə ədaləti şimali irlandiyalı referi Tim Marşal qoruyacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə