“Əməyin təftişi və məşğulluq” - VİDEO

“Əməyin təftişi və məşğulluq”  - VİDEO
Əməyin təftişi üzrə BƏT-in görüş və yanaşmasının təqdimatı

Strateji uyğunluq planlaşdırılmasına Beynəlxalq Əmək təşkilatının yanaşması “Əməyin təftişi və məşğulluq” siyasəti mövzusunda konfrans keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli, Həmkarlar Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Sahibkarlar Təşkilatları Milli Konfederasiyuasının vitse-prezidenti Vüqar Zeynalov konfransda çıxış edirlər.

"Həmkarlar təşkilatları öz yerli qurumları vasitəsiylə Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasında vacib rol oynayırlar. Bu sahədə vacib rol oynayan və əsas tərəfdaşlardan biri də işəgötürənlərdir. Əsas məsələlərə reaktiv münasibət bildirmək deyil, məhz işəgötürənlər tərəfindən könüllü əməletmə prinsiplərinin tətbiq olunmasıdır", - deyə Mətin Kərimli bildirib.

"Azərbaycan Sahibkarlar Konfederasiyasının da bu məsələyə yanaşması proaktiv yanaşmadır. Bu ilin 1-ci yarımilində Əmək müfəttişliyinə olan 7000 müraciətin demək olar ki yarısının sorğu olması onu göstərir ki, hələ çox maarifləndirmə işləri aparılmalıdır. Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə əməli işlər görür. 2-ci vacib məsələ isə risk əsaslə yanaşmadır. Risk əsaslı yanaşma faliyyət növündən asılı olaraq Əmək Qanunvericiliyinə düzgün əməl etməkdən asılı olaraq sahibkarların risk əsaslı bölgüsü çox vacibdir. Menecment idarəetmə sisteminin tətbiq olunması effektiv nəticələrə çıxara bilər. Rəqəmsal sənayeyə keçməklə, dünyada baş verən tendensiyaları nəzərə almaqla bu gün ən vacib məsələlərdən biri elektromaqnit şüalanmasıdır", -deyə Vüqar Zeynalov bildirib.. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə