Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıb - FOTO

Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıb - FOTO

Astarada Iran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıb.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə  Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb. Onlar Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşlarıdır. Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə