Quba sakini qanaxmadan ölüb

Quba sakini qanaxmadan ölüb

Quba rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.

REAL APA-ya istinadla xəbər verir ki, rayonun Qımıl-Qazma kənd sakini Kərimulla Qəribov orada daxili qanaxmadan ölüb. 

Mərhumun qardaşı hüquq-mühafizə orqanlarına şikayət ərizəsində bildirib ki, özünü narahat hiss edən K. Qəribov xəstəxanaya müraciət edib. O, həkimin məsləhəti ilə xəstəxanada stasionar müalicəyə daxil olub və 4 nəfərdən qan götürülərək ona köçürülüb.  

Bundan 3 gün sonra qardaşı xəstəxanada ölüb.

Onun daxili qanaxmadan ölməsi ilə bağlı əsaslı şübhələr olduğundan fakta dair rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıq adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, hadisəyə hüquqi qiymət veriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə