“Land Cruiser” işıq dirəyini aşırıb qarşı yola çıxdı - Video

“Land Cruiser” işıq dirəyini aşırıb qarşı yola çıxdı - Video

Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. 

REAL Avtosfer.az-a istinadən xəbər verir ki, təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bardürü aşaraq əks yola düşürlər.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil bardürü keçərək yolun digər tərəfinə keçir.  

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə