Bakıda avtomobil oğrusu tutulub

Bakıda avtomobil oğrusu tutulub

Bakıda avtomobil oğrusu tutulub.

REAL APA-ya istinadla xəbər verir ki, iyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E. Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Ağazadə saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə