Dünya İrs Komitəsinin 43-cü sessiyası - VİDEO

Dünya İrs Komitəsinin 43-cü sessiyası - VİDEO
UNESCO-nun sessiyası öz işini yekunlaşdırdı

Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyası artıq öz işini yekunlaşdırır.

REAL xəbər verir ki, sessiya ilə bağı keçirilən mətbuat konfransında Mədəniyyət Naziri Əbulfəs Qarayev çıxış edib. Sessiyada müzakirə olunan mövzularla bağlı jurnalistlərin sualları cavablandırılıb.

"Azərbaycan UNESKO-nun gələn il keçiriləcək sessiyası zamanı bir neçə yerin siyahıya salınması üçün iddia qaldıracaq. Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınmasını ölkənin uğurudur. Fəxr etməliyik ki, siyahıya daxil edilən mədəni obyektlərin sayı artır. Şəkinin siyahıya daxil edilməsi iddiası 6 il öncə qaldırılıb. Hökumət və ictimaiyyət UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının nəticələrini ciddi şəkildə təhlil etməlidirlər. Azərbaycanda 6 700 adda tarixi abidə var. Onların bərpasının tez bir zamanda aparılması imkanlar xaricindədir. Bu proses mərhələli şəkildə aparılır. Məsələn, Çıraqqala təhlükəli vəziyyətdə idi, onun bərpasına başladıq", deyə Mədəniyyət Naziri Əbulfəs Qarayev bildirib.

Nazir ictimaiyyət nümayəndələrinə müraciət edib: "Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə