Tibbi sığortanın tətbiqinə yaxınlaşdıran zaman - VİDEO

Tibbi sığortanın tətbiqinə yaxınlaşdıran zaman  - VİDEO
Vətəndaşlarımız sığortalı olacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament direktoru Vüqar Qurbanov mövzu barədə danışır.

"İcbari tibbi sığorta artıq 3 -cü ilə yaxındır ki, Mingəçevir, Yevlax, Ağdaş rayonunda pilot layihə kimi tətbiq olunur. 3 il ərzində həmin tibbi müəssisələrində çalışan şəxslərə tibbi sığorta izzah olunub. Tibb işçilərinin regionlara səfəri təşkil olunub, onlar həmin xidmətlə tanış olublar. Həkimlərimizlə daimi görüşlərimiz olur. Görüşlərdə tibb işçilərinin bundan necə yararlanacağı, əməkhaqqlarına təsiri barədə məlumatlandırılır. Orqan transplantasiyası, böyrək, qaraciyər transplantasiyası, ehtiyacı olan vətəndaşlar bu xidmətdən istifadə edəcəklər. Süni mayalanma ilə bağlı tibbi sığorta, açıq, qapalı ürək əməliyyatları, sığorta olunan sahələr barədə tam dolğun məlumat veriləcək. Azərbaycanda belə xəstəliklərdən əziyyət çəkən xəstələr barədə Səhiyyə nazirliyi ilə əməkdaşlıq olundu. Xidmətlər zərfi təsdiq olunandan sonra tam olaraq məlum olacaq. İcbari tibbi sığorta haqqı fərqli hesablanacaq. Məsələn 18 yaşına çatmayan, 23 yaşına çatmayan, əlillər, hamilə qadınlar üçün tibbi sığorta dövlət tərəfindən ödənəcək. İşləyən əhali üçün əməkhaqqının 2 faizi ödənəcək. Ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün tibbi sığorta baza xidmətləri üçün dövlət tərəfindən ödənəcək. Xarici vətəndaşlar ödənişsiz bundan yararlanacaq. Pilot layihə nəticəsini verdi. Nəticə olaraq əməliyyatların sayı 30-40 faiz artdı. Bəzi əməliyyatlar heç bir ödəniş təyin edilmədən əhaliyə tətbiq edildi. Tibb işçiləri əməkhaqqında, xəstəxananın təchizatında öz məmnunluğunu bildirdilər.  Mingəçevir, Yevlax, Ağdaş rayonunda ailə həkimləri təşkil olundu. Ciddi təlimlər oldu. Həkimlər Türkiyə, Rusiyaya təlimlərə göndərildi. İcbari tibbi sığortanın təyinindən sonra Loporoskopiya və digər əməliyyatlar tətbiq olundu. Hədəfimiz burada çalışan, regionlarda doğulan həkimlərimizi orada işləməyə sövq etməkdir. Onların regionlarda işləməyə daha meylli olması üçün əməkhaqqı və digər tərəfdən işlər parılır", - deyə Vüqar Qurbanov bildirib.

İşləməyən təqaüdçülər üçün tibbi sığorta dövlət tərəfindən ödəniləcək, işləyən təqaüdçülər üçün isə əməkhaqqından 2 faiz ödəniləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə