"Qarabağ"ın oyununda yağış gözlənilir

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə Albaniyanda keçirəcəyi oyun yağışlı hava şəraitində baş tuta bilər.

REAL Report-a istinadla xəbər verir ki, meydan sahiblərinin dünən Tiranada baş tutan açıq məşqi zamanı yağış yağıb. Sinoptiklər bu gün də şimşək çaxacağını və yağış yağacağını proqnozlaşdırırlar. Temperatur isə müsbət 30 dərəcə təşkil edəcək.

Portal “Partizani”nin Ağdam komandası ilə görüş üçün təxmini start heyətini də açıqlayıb. Proqnoza əsasən, qapıda Alban Hoca dayanacaq. Müdafiədə soldan sağa olmaqla, Esin Hakay, Eqzon Belitsa, Eneo Bitri və Labinot İbrahimi yer alacaq. Orta xətdə eyni qaydada Vilyam Kordeyru, Bruno Telyuşi və Esat Mala çıxış edəcək. Hücum xətti isə Emmanuel Mensa, Eraldo Çinari və Yasir Asanidən ibarət “üçlük”dən təşkil olunacaq.

Qeyd edək ki, paytaxtdakı “Selman Stermasi” stadionunda keçiriləcək “Partizani” - “Qarabağ” matçı yerli vaxtla saat 17:30-da, Bakı vaxtı ilə isə saat 19:30-da start götürəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə