Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq - FOTO

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq - FOTO

İyulun 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünü başa vuracaq. 

REAL-ın məlumatına görə, həmin gün xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.
 
Tamaşanın rejissoru xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. 

Səhnə əsərində xalq artisti Afaq Bəşirqızı ilə yanaşı əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə