Yeni Günəşlidə su xətti - VİDEO

Yeni Günəşlidə su xətti - VİDEO
Ərazidə 1 km uzunluğunda yeni su xətti inşa edilir

Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihənin icrasına başlanılıb. Layihə çərçivəsində yaşayış massivinin mərkəzi küçəsi boyu 1000 mm diametrli borularla 1 km uzunluğunda yeni magistral su xətti inşa edilir. Yeni Günəşli yaşayış massivi salınarkən inşa edilmiş həmin xətlər uzun müddətdir istismar olunurdu. Buna görə də relyef baxımından nisbətən yüksəklikdə yerləşən Yeni Günəşli yaşayış massivinə suyun çatdırılmasında müəyyən problemlər yaranırdı. Bu problemin aradan qaldırılması üçün hazırda yaşayış massivini içməli su ilə təmin edən kəmər yenisi ilə əvəzlənir. 

Azərsu ASC-nin şöbə rəisinin müavini İman Rzayev bildirdi ki, Magistral xəttin tikintisi yaxın vaxtlarda başa çatacaq və şəbəkə xətləri magistral xətlərə qoşulacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə