Kanadanın neft şirkəti Azərbaycana yeni qurğu gətirib

Kanadanın neft şirkəti Azərbaycana yeni qurğu gətirib

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan ərazisində quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokda qazma işlərinin aparılması çərçivəsində qazma həllinin vəziyyəti və xüsusiyyətlərinə nəzarət edəcək  qurğunu təhvil alıb.

REAL APA-ya istinadla xəbər verir ki, qurğu Cəfərli yatağındakı C-37 quyunun qazılmasında istifadə ediləcək.

Qeyd edək ki, "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə