Azərbaycanda taxıl biçini üzrə ən yüksək məhsuldarlıq Bərdədə, ən aşağı məhsuldarlıq isə Abşerondadı

Azərbaycanda taxıl biçini üzrə ən yüksək məhsuldarlıq Bərdədə, ən aşağı məhsuldarlıq isə Abşerondadı

Azərbaycanda taxıl sahələrinin 88,3%-də biçin başa çatıb və orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir. 

REAL Report-a istinadla xəbər verir ki,  bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Nazirlik taxıl əkilmiş 36 rayon üzrə həm buğda, həm də arpanın məhsuldarlıq göstəricilərini də açıqlayıb. Beləliklə, buğda üzrə ən yüksək məhsuldarlıq Bərdə (44,3 sentner), Saatlı (42,9 sentner) və Tərtər (41,6 sentner) rayonlarında, ən aşağı məhsuldarlıq isə Abşeron (18,1 sentner), Hacıqabul (19 sentner) və Şamaxı (20 sentner) rayonlarında qeydə alınıb. 

Arpaya gəlincə isə onun ən yüksək məhsuldarlığına Bərdə (38,9 sentner), Sabirabad (37,7 sentner) və Cəlilabad (35,2 sentner) rayonları, ən aşağı məhsuldarlığına isə Abşeron (12,5 sentner), Şamaxı (17 sentner) və Masallı (21,4 sentner) rayonları nail olub. 

Qeyd edək ki, bu il Azərbaycan ərazisində 1 009 140 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 793 hektarı buğda, 331 347 hektarı isə arpa sahəsidir. İndiyə qədər 897 169 hektar ərazidə taxıl biçini aparılıb, 565 260 hektar ərazidə buğda, 331 909 hektar ərazidə arpa biçini başa çatıb. Ölkə üzrə 2 847 162 ton taxıl yığılıb. 

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə