Şəki UNESCO-nun İrs Siyahısında - VİDEO

Şəki UNESCO-nun İrs Siyahısında - VİDEO
Şəkinin tarixi hissəsi Dünya İrs Siyahısına daxil edilib

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya müzakirə olunmuş və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirməsi və digər məsələlərlə bağlı tövsiyələr verilmişdi.

Nominasiya ilə bağlı ICOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənildi. 

Müzakirədə ilk çıxış edən Küveyt nümayəndə heyəti ICOMOS-un iki il əvvəl qəbul etdiyi qərara toxunaraq bildirdi ki, ötən müddətdə Azərbaycan Prezidentinin bununla bağlı sərəncamı olub, xeyli işlər görülüb. Bəhreyn Azərbaycanın mədəni irsinə bağlılığının nəzərə alınmasını qeyd etdi. Braziliya Şəkinin siyahıya salınması ilə əlaqədar detallar barədə üzv dövlətin çıxışını dinləməyi xahiş etdi.

Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirələrin gərgin keçməsinə baxmayarq, Azərbaycan xalqı üçün bu hadisənin önəmli oldğunu vurğuladı.

Qeyd edək ki, Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə