Mir Şahinin vaxtı - VİDEO (07.07.2019)

Mir Şahinin vaxtı - VİDEO (07.07.2019)

REAL Təhlil və İnformasiya mərkəzində Mir Şahin vaxtıdır.

Salam. Əslində bu görüşümüz olmamalıydı. Ötən həftə sağollaşıb verilişi fasiləyə yollamışdıq. Amma bu həftə bir sıra maraqlı, bəzi provakatorların ifasında təhlükəli məcraya yönəldilən hadisələr baş verdi ki, onlara diqqətsiz qalmaq olmazdı.

Nədən gedir söhbət? Əlbəttə ilk növbədə Azərbaycan dövlətinin Qarabağı öz tərkibində saxlamaqdan ötrü apardığı geniş miqyaslı beynəlxalq mübarizədən diqqəti yayındırmaqdan. Bir az uzaqdan gəldik deyəsən. Elədir ki var, hörmətli tamaşaçılarımız. Sosial şəbəkələr, internet resursları vasitəsilə qondarılan sputnik problemlər, zibilliklər üzərində cövlan vuran yerli qağayılarımızın idbar küyləri idbar haylara qarışır və bu gün Azərbaycanı güclü liderə malik güclü dövlət kimi ortadan çıxarmağa şalışan qüvvələrin yaratdığı anormal informasiya mühiti Qarabağ mövzusuna uzaqdan gəlməyə vadar edir. Hər dəfə getdikcə daha uzaqdan. Az-çox təhlil etmək qabiliyyəti olanlar o saat anlaya bilərlər ki, yerləşdiyimiz coğrafiyada miqyasına və planetar roluna baxmayaraq ən sabit, ən dinc, ən perspektivli və yaşamaq üçün ən firavan dövlət Azərbaycandır. Üstəlik bu Azərbaycan həm də müsəlman dövətidir. Bu dövlətin dünyanın bütün başqa müsəlman dövlətlərindən fərqi isə onun müəyyən ssenari qrupları tərəfindən işlənib hazırlanan stereotip tərtibatlara uyğun gəlməməsidir. Diqqətlə baxanda aydın olur ki, Azərbaycanın bəşəriliyə can atması, bütün sivilizasiyalar və mədəniyyətlərdən ötrü anlaşıqlı və rahat bir mühitə, məkana çevrilməsi üçün çalışması, əsrlərin kilsə-məscid, qiblə-rikət, qnut-rüku davasını öz sərhədləri arasında uğurla həll etməsi onu bütün müsəlman dövlətlərindən fərqli edir. Müxtəlif beynəlxalq təxribat kombinasiyaları, bu əməliyyatlara daxili və xarici antimilli qüvvələrin cəlb edilməsinin əsas səbəbi də budur. Təsəvvür edin 10 milyonluq bir respublika çox milyardlıq Yer Kürəsinə kömək etmək istəyir. Bunun üçün ardıcıl işləyir. Avropanın enerji təhlükəsizliyi üçün hətta özünə ciddi risklər yarada biləcək addımlar atır. Şuşa məscidi qədər Luvr muzeyini də mənən özününkü hesab edir. Və bu beynəlxalq miqyaslı kursun Qarabağ hissəsini bəşəri faydalılıq kontekstində aparır. Məntiq çox sadədir. Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal altında qalan ərazilərimiz qaytarılmalıdır. Qaçqınlarımız yurd-yuvasına dönməlidir. Amma ərazi bütövlüyümüzün bərpası həm də bütün dünya üçün faydalıdır. Çünki 20 faizlik çoğrafi şikəst bir ölkə dünya üçün bu qədər gərəklidirsə, təsəvvür edin ki, özünün 100 faiz bütünlük halında nələrə qadir ola bilər. Və biz hər dəfə bu xətti tamaşaçılarımıza izah edəndə, mənim atadan bir, anadan ayrı bacı-qardaşlarım təhqirlər, təhdidlər yağdırır, öz kifir mənəviyyatlarını ortaya qoyurlar. Bir daha təkrar edirəm, hörmətli tamaşaçılarımız, bu saat sizin müşahidə etdiyiniz mübarizə müxalifət-iqtidar mübarizəsi deyil. Antidövlət qüvvələrin dövlət qüvvələrilə döyüşüdür. Burda kimlərsə müxalifət maskası altında, kimisi dindar saqqalı və ya hicabı altında gizlənə, bəlkə bir müddət hətta kimlərisə çaşdıra da bilər. Amma aysberqin altı daha nəhəngdir. Bu qüvvələr Azərbaycan dövlətindən oyuncaq bir şey düzəlmək istəyirlər. Doğrudur getdikcə zəifləyir, amma zəiflədikcə də idarəolunmazlaşır, qəzəbli, yırtıcı olurlar. Təkrar olsa da deməliyəm. Siyasi demoqoqiya, düşük taftologiya ilə məşğul olanlar Azərbaycan dövlətini, onun Prezdentini günahlandırırlar ki, Qarabağı ala bilmir. Amma elə bu ittiham altında da özlərinə yaxşı bəlli olan böyük bir həqiqəti gizləyirlər. Dünyanın bütün gücləri də bu gün Qarabağı Azərbaycandan ala bilmir. Bu gün söhbət bəlkə Qarabağın qaytarılmasından daha çox Azərbaycanın müstəqil dövlət olaraq qorunub saxlanmasından gedir. Və Bakının bütün addımları Azərbaycan dövlətinin müstəqilliyini qorumağa yönəlib. İstənilən platformada. İstənilən düşərgədə. Məsələn, bu günlərdə bir sıra çənə gimnastları Rusiya Federasiyasının Avropa Şurası Parlament Assambleyasına qaytarılması lehinə Azərbaycanın səsverməsini az qala bir Çingiz İldırım zühuru kimi qiymətləndirdilər. Ay Ukrayna belə gəldi, ay Krım elə getdi. Ay gərək Azərbaycan belə edəydi, gərək Ukraynanın yanında olaydı. Azərbaycan Rusiyanın yanında olmamalıydı. Və s. və i.a. Əvvəla gəlin dəqiqləşdirək. Azərbaycan heç kimin yanında olmayıb. Olubsa da tutaq ki, tam tərkibdə Rusiyaya səs verən Türkiyənin yanında olub. İkincisi, Azərbaycanın strateji müttəfiqi olan Rusiya Federasiyasının Qarabağla bağlı xüsusi mövqeyi var və bu gün, Trampın zamanında ABŞ-dan BAŞ-a çevrilən dövlətin bütün cəhdlərinə baxmayaraq Putin Rusiyası Qarabağ probleminə də, onun həllinə də daha yaxındır. Və Azərbaycan Krımı yox, Qarabağı düşünür. Düşünməlidir. Həftə səkkiz, mən doqquz çalxalanan, hakimiyyət zəlzələlərindən hər dəfə dövləti nüfuz itkisi ilə çıxan, aftəşoklardan zəifləyən Gürcüstanı nümunə göstərənlərə mənim belə bir sualım olacaq. Eyni senarilə Cənubi Osetiya və Abxaziya problemini həll etməyə çalışan Saakaşvilinin dişinə nə keçdi? Təbii ki, qalstukunun ucundan başqa. İndi guya Azərbaycan Rəhbərliyinə yol göstərən korafəhim və korazehin müxalifət liderləri görmə qabiliyyətini beləmi itiriblər?! Dünya artıq o deyil. Azərbaycan Qarabağı almaq üçün yalnız cəbhədə mübarizə aparmır. Şəxsən mən belə hesab edirəm ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan hərbiyyəsinin əldə etdiyi uğura Strasburqda Bakı tutarlı diplomatic dəstək verdi. İndi Sizə təqdim edəcəyim fraqment qaragüruh dairələrdə də çox populyar olan sosial şəbəkədəndir. Diqqətlə baxın, hörmətli tamaşaçılar. Söhbət Rusiyadan gedir. Söhbət Azəbaycandan gedir. Ermənistandan gedir və daha çox Ermənistandan gedir. Özü də bu material Azərbaycanda hazırlanmayıb.

Rusiyanın Azərbaycana minnətdarlıq jesti göz qabağındadır. Azərbaycanın bu addımının Qərbdə bəyənilməyəcəyi, onun Ukraynanı yox Rusiyanı seçməsi tək anlaşılacağı barədə fərsiz-yersiz istinadlara da cavabımız var. Əvvəla Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu dəfələrlə bəyan edilib. İkincisi də AŞPA-dakı həmin səsvermədən sonra Ukrayna və Rusiyalı deputatlar bir-birilə yumruq döyüşünə çıxmayıblar. Hətta eyni restoranda qəlyanaltı edib şəkil də çəkdiriblər. Və nəhayət müxalifətin demokratiya qibləsi barədə. Bu həftə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyində Müstəqillik günü qeyd olunurdu və burada səfirin maraqlı çıxışı oldu. Gəlin bir parçaya qulaq asaq. Zəruri bir qeydim var. Bu çıxışlar AŞPA-nın həmin toplantısından sonraya təsadüf edir. Baxın və narahat olmayın. Yəni okeanın o tayında yaxşı bilirlər nə Amerikadı, nə Birləşmişdi, nə də ştatnı… Azərbaycanın yerini onlar çox yaxşı bilirlər.

Deməli, Azərbaycanın nə Rusiya, nə Amerika Birləşmiş Ştatları, nə də Ukrayna ilə problemi var. İlham Əliyevin elan etdiyi xarici siyasət doktrinasında necə deyilirdi. “Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik.” Məncə artıq şərhə ehtiyac yoxdur. Əslində anlaşılması mürəkkəb olmayan bir postulatdır.

AntiAzərbaycan qüvvələrinin çirkin niyyətləri

Amma fikir verirsinizsə, Suriya müxalifəti kimi, İraq müxalifəti kimi, Yəmən müxalifəti kimi, Misir müxalifəti kimi xarici qüvvələrin əlində oyuncaq olan Azərbaycan müxalifəti diqqəti Qarabağdan yayındırmaqdadır. Elə ona görə də Azərbaycan Prezidentinin xarici səfərləri zamanı onun görüş keçirdiyi yerlərdə kiçik qrup, bəzən hətta yalquzaq səviyyəsində qarayaxmalar, təkadamlıq çirkab aksiyaları baş verir. Bu aksiyaların heç birində məsələn “Merkel, ikili standartlara son qoy, Əliyev, səninləyik!” kimi şüarlara rast gəlməzsiniz. Onlar konkret qüvvələrin antiAzərbaycan xəttinin vintləri, qaykalarıdır, şaybalarıdır. Hər şey də ona hesablanıb ki, diqqət Qarabağdan yayındırılsın. Dövlətin güclənməsi üçün lazım olan ərazi bütövlüyü problem həll edilməsin. Əlbəttə, sual oluna bilər ki, axı bu bir ovuc milliçək nədir, kimdir ki, onlar regionun böyük bir gücünün fəaliyyətinə mane ola bilsin. Məsələ onların güclü olub-olmamasında deyil. Məsələ onlar vasitəsilə çirkin niyyətlərini, Azərbaycana münasibətlərini ictimailəşdirən, leqallaşdıran dairələrin bu yolla gizli qala bilməsindədir. Sirr deyil ki, sosial şəbəkələrin geniş yer alması ilə peşəkar təhlilçilərin, ciddi kütləvi informasiya fabriklərinin fəaliyyəti arxa plana keçib. Və elə buna görə də biz Sizinlə məsələn, bu saat Cəbbəlüttariqdə saxlanan İran gəmisinin altını döyəcləyən siyasi aysberqdən danışmağa macal tapmırıq. Ayağımızın böyründə hər an partlaya bilən İran minasının üzərindən keçməyə məcbur oluruq. Çindən Azərbaycana minilliyin neçə vaxtdır ki, gözlədiyimiz yük gəlir, amma biz görün nədən danışırıq. Hansısa mikrohadisəni işıqlandıran işıldaböcəylərə çox baş qoşmalı oluruq. Rusiyanın sualtı qayığında 14 nəfər dənizçi həlak olub. Amma indi məlum olur ki, Allah üzümüzə baxıb, orda nüvə də olub, partlasaydı planetin başına nə gələ bilərdi, ümumiyyətlə başına nəsə gəlmək üçün planet olacaqdımı? Biz isə bu barədə yox, hərbi hissələrimizdən birində baş verən bədbəxt hadisədə həlak olan iki, yaralanan 1 hərbi xidmətçimizin ölümündə dırnaqarası səbəb axtarırıq. Hansısa oğru cinayət törədərək bir azərbaycanlının saatını oğurlayıb və qaçıb. Məntiqlə oğrunu axtarmalıyıq, onun tutulub tutulmamasıyla maraqlanmalıyıq. Hər gün hadisə rayonunun polis bölməsiylə əlaqə saxlamalıyıq. Amma yox, bəs biz neynirik. Zərərçəkəni ittiham edən primitivlərin sarsaq dedi-qodusuna şahidlik edirik. O qədər qeyri-peşəkar, o qədər savadsız, o qədər cahil yanaşmalarla rastlaşırıq ki. Hansısa filan Osmanqızının, bəşməkan Qurbanın avantürist olduğu qədər də bəsit çıxışlarına münasibət bildirmək üçün bax belə planlaşdırılmamış söhbət də olur. Belə çıxır ki, tətilə getməmliyik də biz?! Olduqca gülünc və tam dəmdəməki bir iradla bağlı. Deməli, bu həftə belə bir məlumat yayıldı ki, iyulda Milli Məclisin xüsusi iclası olacaq. Hətta tətilə yollanan deputatları belə Parlamentə dəvət ediblər. Üstüörtülü şəkildə buna da eyham vuruldu ki, növbədənkənar parlament seçkiləri olacaq. Bu iclasda parlament özünü buraxacaq və s. Ardınca Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev elə REAL-a bildirdi ki, heç bir növbədənkənar seçkidən söhbət getmir. Parlamentin tarixində müxtəlif vaxtlarda olub belə şeylər. İyul iclasları Prezidentin yeni islahatları ilə bağlıdır. Amma bu kifayət etmir. Deməli noxuddan muncuq tapmış Osmanqızı “Şeytanın vəkili” filmindəki personajlardan birinin təbəssümüylə bir gözünü əyərək, o birini düzərək, süzərək həmsöhbətinə sual verir ki, “Nə baş verir?” Əvvəla proseslərin kəllə-mayallaqlığı ilə bağlı bəzi şeylər deyim. Tutaq ki, lap elə Parlament seçkiləri keçiriləcək. Buna müxalifət niyə sevinməsin? Axı onda elə onların müxtəlif vaxtlarda ortaya atdığı tələblərdən birini iqtidar yerinə yetirmiş olur ki. Buyurub seçkilərə hazırlaşsın da. Olar lap yaxşı, hazırlıqlı olarsız, olmaz da ki, nə ziyanı. Məşq etmiş olarsız. Amma yyyyooo. Bunlar növbədənkənar seçkilər olacaq, olmayacaq, olacaq. Olmayacaq deyib durublar. Osmanqızı da ki öz aləmində guya sökür e… Bəsit düşüncə, dayaz analitik təfəkkürlə. Seçki siyahılarını niyə dəqiqləşdirirlər onda, əgər növbədənkənar parlament seçkiləri olmayacaqsa-deyə guya dəruni-əndəruni suallar verir də. Axı ay adam, ay journalist, hazırlaş da bir. Camaat qarşısına çıxırsan axı. Bu ilin sonunda bələdiyyə seçkilərinə Yılmaz Poladın toy dəvətnamələrilə çıxaracaqlar adamları. Bu qədər də küt, məlumatsız olmaq yaramaz axı. Yeri gəlmişkən, bu özünü qeyri rəsmi xəfiyyə gəlini elan etmiş xəstəhal qadını məhkəməyə verirəm. Sənədlər hazırlanıb. Onun REAL TV-ni “intim şəkillərlə məni təhdid edib tələb edir ki, jurnalistikadan gedim kimi sərsəm iddiası”ndan sonra bir nəşrin Osmanqızını əzabkeş 10 jurnalist siyahısına sırıması mövzusu ilə ən ciddi şəkildə məşğuluq. Birinin yalan pası ilə o birinin qol vurması bizimlə keçməyəcək. Bu məqsədlə də Osmanqızının bir xəfiyyə qeyri rəsmi gəlinində özünü tanıması mövzusunu yenidən olduğu kimi təqdim edəcəyik. Baxın görün harda intim şəkillərlə təhdid olunub özü boyda “dırnaqarası çılpaq həqiqət” Başqa maraqlı araşdırmalarımız da olacaq. Amma indi yox. Gözləyin. İndi isə bu mövzuya ona görə qayıtdım ki, Osmanqızının son zamanlar üstündən niyə sakit keçdiyimin səbəbi aydın olsun. Yeri gəlmişkən, Osmanqızı Pispolis adı altında həşteq yaratmaqla Azərbaycan Polisini öz aləmində gözdən saldığını düşünür. Bu qadın yəqin ona bel bağlayır ki, hər belə hay-küydən sonra polis “Rədd olsun, zibilini uzaq eləsin!” deyə bir az ehtiyat edəcək. Müşahidə etmişəm, güruh tör-töküntüsü, kütlə qarası, qabaqdangəlmişlik edir ki, polis ona yanaşmasın. Hətta o qədər irəli gediblər ki, açıq mətnlə dövlətin əsaslarının üzərinə getməkdən, təhdid, zorakılığa çağırışlardan belə çəkinmirlər. Və bəzən mənə elə gəlir ki, polis, hüquq-mühafizə orqanları doğrudan adekvat olmayan dərəcədə nəzakətləşib. Daha sərt, daha güzəştsiz olmaq tələb olunan yerdə “bağışlayın, zəhmət olmazsa, bir az kənara çəkilə bilərsiniz?” kimi tərzlər keçmir. Ən yaxşı parfyümün məkanı Paris görəndə ki, havadan ətir yox, qan iyi gəlir, Sarı gödəkçə filan tanımadı, eləcə də demokrat Tiflis rezin gülləbarana getdi. Ona görə də dövlətin keşikçiləri dövləti xalq üçün qara güruhdan qorumalıdır. Həmişəki kimi. Və kütləni xalqdan ayırmağı bacarmaq lazımdır. Ölkə qoruyanda vətən, qorunanda dövlət olur. İndi dövləti sevmək vaxtıdır. Vətəni sonra sevərik. Azərbaycan sosial şəbəkə istifadəçilərinin səviyyəsi etiraf edək ki əksər hallarda çox aşağıdır. Bir də görürsən ki, Biri bir qızın öz qardaşını onu zorladığına görə qətlə yetirdiyini yazır. Qalanlar qarğa kimi səs-səsə verib bundan namus mücəssəməsi yaradır. Bir müddət sonra məlum olur ki, o qız ümumiyyətlə bakirəymiş. Və yeni söhbət başlayır. Görək yeni İsa nə vaxt doğulacaq? Belə adamların sosial şəbəkələrdə siyasi-ictimai bəyanatları, yanaşmaları və görüşləri də ciddiyyəti etibarilə maksimum Osmanqızı halında olur. Yəni belə insanların düşüncə, daha doğrusu düşükcə məhsullarının tirajlanması, vitrinlərə qoyulması təhlükəlidir. Osmanqızının şalvarlı versiyası Qurban Məmmədovun bir payız axşamı gəvəzələmələri, Qənimət Zahidin “Məsti-xumar” moizələri keyfiyyət baxımından elə o dəfələrlə zorlansa da, bakirə qalan psixi problemli qızın hekayətini danışanlarınkından ciddi deyil. Amma məhz belələridir Əli Kərimlinin, Osmanqızının auditoriyası. Qara kütlənin neudaçnikləri, istefa, istefa deyə kor-koranə və kar-karanə bağırmaqdan başqa ağılları heç nəyə çatmayan təkhüceyrəlilər. Unudulmamalıdır ki, məhz onların liderləri ötən ilin bu günlərində Gəncədə baş vermiş terror hərəkətlərinə dəstək verirdilər. Yunis Səfərovun Gəncə İcra Hakimiyyətinin başçısını silahlı terror etməsi barədə bir il əvvəlki çıxışımı xatırlayıram. O zaman açıq mətnlə demişdim ki, Yunisin-bir terrorçunun şəklini profilinə qoyanlar var, bu adamdan qəhrəman quraşdırmaq istəyənlər var. Bəs o günlərin antidövlət fəalları kim idi. Əlbəttə Osmanqızı, Əli kərimli, Qənimət Zahid, Qurban Məmmədov və başqaları. Elmar Vəliyevə, Dövlətin rəsmi nümayəndəsinə silah qaldıran bir adama hər vəchlə siyasi dəstək verən, o hadisələr zamanı faktla bağlı saxlanan şəxslərə elə bu gün də açıq qahmar duran Kərimlinin normal şüur yiyəsi olduğu şübhə yaradır. Ola bilər ki, neçə illərdir müxalifətdə olmaq psixi sapmalara səbəb olub. Din, təriqət şüarları ilə siyasi-hərbi birləşmələrə işləyən, Suriyada, İranda təlim keçərək Azərbaycana qara niqab altında gələn Yunisi və onun davamçıları, məsələn, Əlinin Zülfüqarına bənzətdiyi kəsici alətlə iki polisi qətlə yetirmiş Rəşad Böyükkişiyevi, onların silahdaşlarını necə müdafiə etmək olardı. Yunis Səfərlinin və ətrafının din ardında gizlənərək terror fəaliyyəti göstərməsi hüquq mühafizə orqanlarına bəlli idi. Elə ilk ifadələrdən. Amma Azərbaycanın formaca qərb, məzmunca feodal müxalifətçiləri, başda, ayaqda, daha nə bilim harda Əli, Osmanqızı olmaqla cəmiyyətə onları xilaskar kimi qələmə verənlər var idi. Bu günlərdə sosial şəbəkələrdə yayılmış bir çarxı Sizə təqdim edəcəm. Amma fon musiqisi və mətni çıxarmışıq. Səmimi dindarları incitməyək. Sadəcə baxaq və başa düşək ki, Azərbaycanımızı, dünyəvi dövlətimizi hara sürükləmək istəyənlər var idi. Baxaq və studiyaya qayıdaq.

Kadrlara diqqətlə baxdız yəqin. Suriyaya, Liviyaya çox oxşamırdı ki? Bax biz hər dəfə buradan ona görə həyəcanla, hisslə danışırıq ki, bir iki lümpen artığının, niyə mən avtobusla gedirəm, filankəs öz maşınıyla suallı məişət paxılının, öz həsəd hikkəsinə bütün bir dövləti qurban vermək istəyə bir ovuc milliçəyin üzərinə ona görə gedirik ki, xüsusilə yeniyetmələr, qarşısındakı avantüristlərin nə qədər təhlükəli olduğunu hələ tam anlamayan məlumatsızlar Azərbaycanı dürüs anlasınlar. Bu videoçarxda fon olaraq İmam Hüseynin adı çəkilir, onun şəhadətinə istinad edilir, əslində isə müqəddəs bir ad cinayətə bulaşdırılır. İran islam respublikasında oturub Azərbaycanda insanları məzhəb düşmənçiliyinə çağıran bir boşqab ploba bənzəyən bu yağlı müsəlman nə forma, nə də məzmunca 4-cü sənaye inqilabınıın azərbaycanlısına bənzəyir. Cəhalət yayan, insanları Ölüləşməyə dəvət edən üç hüceyrədən ibarət beynilə, onlardan biri də hər həftə cümə bayramı edir, Azərbaycanı qana-qaraya çəkmək istəyən Molla Tohid yalnız Yunisin bir yeridir. Qalan yerləri Suriyadadır. Onun döyüş yolu terrordan keçir. Azərbaycanın gələcəyini bir status kimi bayquşlarla da olsa paylaşmağa hazır olan antimilli qüvvələrin Molla Taleyi də niyə müdafiə etdiyi aydınlaşır. O günlər Əli Kərimli, Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədov, Orduxan, Tural Sadiqli və başqaları ya özləri ya da tərəfdarları profillərinə qəhrəman elan etdikləri Yunisin şəklini qoymuşdular. Sonradan pozsalar da. Əlyazmaları yanmır. Bu insanların müdafiə etdiyi şəxslərin Azərbaycana bəxş edə biləcəyi cümə axşamı, 3, 7, 40 süfrələri və s.təziyə tədbirləri ilə Fleym Touer, Kristal Holl, Şimal-cənub dəhlizi, Azərbaycanın Avropaya inteqrasiyası üst-üstə düşmür. Bir il əvvələ qayıdaq. Fövqəladə buraxılışımızın bəzi hissələrinə yenidən baxmaq istəyirəm. Yəqin siz də əleyhinə olmazsınız. Gəncədə terror hadisəsi baş vermişdi… indi baxacağınız parçalar ikinci fövqəladə buraxılışdandır.

 

İyul, 2018-ci il - Azərbaycanda iki günlük qısa qapanma və uzun açılma yaşadı. Açılmanın fəsadlarını dövlət-xalq anlaşması minimuma endirdi. Amma yaranmış fürsətdən istifadə edərək vəziyyəti gərginləşdirmək istəyən qüvvələr Azərbaycanda təşviş və qarşıdurma yaratmaq üçün məhz sosial şəbəkələrdən, xüsusilə fb-dan istifadə edirdilər. Dövlət nümayəndəsinə atəş açmaqla sui-qəsd, terror aktı törətmiş Yunis Səfərovu ayrı-ayrı şəxslər və qruplar müdafiə etməyə başlamışdılar. O günlər bütün saqqalların siyasi təraşı baş verdi. Üzlər, maskalar açıldı. Qəribə faktlarla da üzləşdik. Məsələn, dövlətdə kifayət qədər yüksək post tutan rəsmilərimiz olayı adi kriminal hadisə kimi şərh etdikləri, ortada dini ekstremizm elementlərinin ola biləcəyi barədə söhbət belə getmədiyi bir vaxtda Qurban Məmmədli öz qaranlıq studiyasında artıq kartları açdı və bildirdi ki, ay camaat hakimiyyət Gəncə İcra hakimiyyəti başçısının güllələnməsini dinlə, terrorla əlaqələndirəcək, inanmayın. Deməli Qurban terror planının məzmunundan əvvəlcədən xəbərdar idi. Bilirdi ki, ortada dini ekstremizm elementi var.

 

Dumanlı, qaranlıq kütlənin şəxsləri

Bilirsiniz, bu dövləti 11 ay qoruyub saxlaya bilməyənlərin dövləti 26-cı ildir ki qoruyub saxlayanlara, dünyanın aparıcı dövlətləri sırasına çıxaranlara idarəçilik öyrətməsi nonsensdi. Bu yaxınlarda Osmanqızıyla Əli Kərimlinin növbəti çıxışlarından birinə baxırdım. İki həpəndin danışığını xatırladan bu mükalimədə bir məqam diqqətimi çəkdi. Deməli sual belədir ki, Prezident olsanız neylərsiniz də təxminən. Əli də müdrik bir görkəm alıb cavab verir və bir anlıq ona elə gəlir ki. hətta prezidentdir. Danışır da indi. Və bəyanatlarından biri də budur ki mütləq gəlirlərimin hardan olmasını, deklorasiya təqdim edəcəm, filan. 26 ildir ki, hardan qazandığını, necə dolandığını, ümumiyyətlə maliyyə şəxsiyyətini gizli saxlayan bu dumanlı, qaranlıq qara kütlə adamı burda öz bacılığı ilə baş aldadır. Ümumiyyətlə müxalifət cameəsində bu həftə seçki temasının aktual olduğunu nəzərə alıb İlham Ələkbərovla belə qərara gəldik ki, 1992-ci ilə qayıdaq. Prezident seçkilərində namizədliyini verən Baş Bəy Əbülfəz Elçibəy Şuşadadır. Seçicilərlə görüşür.

Belə. Tarixi unutmayaq. Belə danışaq da. Tutaq ki. siz ailə həyatı qurmaq istəyirsiniz. Mən isə sizin namizədinizin hansı yuvanın quşu olduğunu. Hansı budaqdan budağa qonduğunu bilirəm, hətta onu da bilirəm ki, bu neçə dəfə uşaq salıb. Bütün məhəllədə yox e, bütün şəhərdə məşhurdur. Hətta peşəkarcasına necə oxxay deməyi belə məşq edib. Lazım gəlsə elə səs çıxarar ki. doğrudan inanarsan ki, ağrıyır... Və mən bütün bunları bilirəm. Bilirəm ki, adam sizi aldadır. Gözünün içinə qədər yalan danışır. İndi nə etməliyəm? Susmalıyam. Yaxşı tanıdığım bəyciyin qoluna, gəlinciyin belinə qırmızı bağlamalıyam? Bağışlayın, amma mən bunu edə bilməyəcəm. Onlar bakirə deyil və dəfələrlə bakirə deyil. Ailə qurmaq üçün, ailənin böyük şəkli dövlət qurmaq üçün çox təhlükəlidirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə