Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən REAL-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60- 70, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal və cənub çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan,Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə