Yay küləyi - VİDEO

Yay küləyi - VİDEO
Güclü küləklə bağlı müvafiq qurumlara xəbərdarlıq edilib

İyunun 30-u gündüzdən iyulun 1-inədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, Daşkəsən rayonuna dolu düşüb. Qərb küləyi əsib, ayrı-ayrı yerlərdə güclənib. Temperatur iyunun 30-da Bakıda iqlim normasından aşağı olub.

ETSN Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı müvafiq dövlət qurumlarına xəbərdarlıq edib. Sinoptiklər küləyin iyulun 2-də səngiyəcəyini proqnozlaşdırırlar.

Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək güclənib. Nəqliyyat, Rabitə və Yüksək Texniologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi açıq dənizdə üzən gəmilərin heyətini təlimatlandırıb.

Dövlət Neft Şirkəti neftçilərin bir hissəsini hava şəraiti ilə əlaqədar təxliyə edib, eləcə də açıq dənizdə bəzi işlər dayandırılıb.

Güclü külək səbəbindən paytaxtda 20-yə yaxın ağac aşıb və ya sınıb. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ağac aşması ilə bağlı müraciətlər əsasən Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonlarından daxil olub. Güclü külək Binəqədi rayonunda irigövdəli ağacı "KİA" markalı avtomobilin üzərinə aşıraraq ziyan vurub, xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.

Sonuncu anoloji hadisə Nərimanov rayonunda, Aşıq Alı küçəsində qeydə alınıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə