Gürcüstanda 55 nümayişçi azadlığa buraxılıb

Gürcüstanda 55 nümayişçi azadlığa buraxılıb

Gürcüstan Apellyasiya Məhkəməsi saxlanılan nümayişçilərdən 55 nəfərinin azadlığa buraxılmasına hökm verib.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə məhkəmənin hakimi Xatia Aradazaşvili keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati Palatası saxlanılanlardan 61-nin şikayəti üzrə işə baxıb.  

"Məhkəmə saxlanılanların bəzi inzibati cəzalarını saxlayıb. Bəzi hallarda isə Tbilisi şəhər Məhkəməsinin inzibati qaydada həbs cəzaları ləğv edilib",-deyə X.Aradazaşvili bildirib.

Apellyasiya Məhkəməsi ötən gün gecə keçirdiyi dinləmələrində 41 nəfərin azadlığa buraxılması haqqında qərar verib. Onlardan ikisinin günahsız olduğu təsdiqlənib.

Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən nümayişlərdə həbs edilən 305 aksiyaçıdan 121-nə inzibati qaydada həbs cəzası verilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə