S&P: “Kapital Bank”ın aktivləri Azərbaycan banklarının əksəriyyətindən daha keyfiyyətlidir

S&P: “Kapital Bank”ın aktivləri Azərbaycan banklarının əksəriyyətindən daha keyfiyyətlidir

“S&P Global Ratings” Beynəlxalq Agentliyi “Kapital Bank” ASC-nin reytinq proqnozunu “sabit”dən “müsbət”ə dəyişdirməklə qısa və uzun müddətli reytinqini BB-/B səviyyəsində təsdiq edib.

REAL “Report”a istinadən xəbər verir ki, Agentlik proqnoz dəyişikliyi ilə onu göstərirki, “Kapital Bank”ın daha çox pərakəndə seqmentində yüksək mənfəət göstəricilərini sabit saxlamaq və əməliyyat gəlirlərini yüksəltməklə, eyni zamanda ehtiyat yaratmağa çəkilən xərclərini və aktivlərinin keyfiyyətini nəzarətdə saxlamaq, kapitalın yüksək ehtiyatlarını qorumaqla bazardakı mövqelərini bundan sonra da gücləndirəcəyi təqdirdə yaxın 12 ay ərzində kreditləşmə ilə bağlı imkanları daha da arta bilər.

 Ötən il kredit portfelini 19 faiz, ölkədəki pərakəndə kreditləşmə bazarındaki payını 20 faiz artırmağa nail olan “Kapital Bank”ın ölkə bank sektorunun məcmu aktivləri və depozitlərindəki payının 2015-ci ildə müvafiq olaraq 6 və 4 faizə qarşı hazırda 13 faiz olduğunu göstərilir. 2018-ci ildə bank sektorunun orta ROAE göstəricisi (orta kapitalın gəlirliyi) 5-7 faiz səviyyəsində olduğu halda “Kapital Bank”da 36 faizlik rekord həddə çatdırılıb.

Agentliyin fikrincə, 2019-2020-ci illərdə “Kapital Bank” pərakəndə kreditləşmə və depozitlər bazarındakı lider mövqeyini daha da sağlamlaşdırmaqla eyni zamanda müxtəlif təşkilatlar üçün də hesablaşma əməliyyatları üçün mühüm platforma və kredit mənbəyi olaraq qalacaq, bununla da biznesini yaxşılaşdırmaqla kredit qabiliyyətini daha da genişləndirəcək. Bankın RAC (Risk-Adjusted Capital) – risqlərin nəzərə alındığı kapital əmsalının yaxın 12-18 ay ərzində 7,8-8 faiz həddində qalacağı gözlənilir.

“Yaxın iki ildə bankın kredit portfelinin 20-30 faiz artacağını, bununla belə yüksək mənfəətliyini saxlamaqla xalis faiz həddinin yüksək saxlanması, kreditlərlə bağlı zərərin cuzi artımı, yüksək əməliyyat səmərələliyi sayəsində ROAE göstəricisinin 25 faizi üstələcəyini gözləyirik”, – deyə qeyd edən agentlik “Kapital Bank”da dividend ödəmələri əmsalının 60 faizə yaxın olacağı qənaətindədir.

“Kapital Bank”ın aktivlərinin Azərbaycandakı digər bankların əksəriyyətindən daha keyfiyyətli olduğunu bildirən “S&P” 2018-ci ilin sonuna olan məlumata görə problemli kreditlərin ötən ildəkinə nisbətən 4,6 faiz azalıb, 2015-2016-cı illərin iqtisadi tənəzzülü zamanı kredit üzrə itkilərin və problemli kredit üzrə həcminin uyğun banklardakına nisbətən az olduğunu diqqətə çatdırıb. Həmçinin 2018-ci ilin sonunda qeyd olunan sabit maliyyələşmə əmsalının 220 faiz, kredit/depozit nisbətinin 46 faiz səviyyəsinin başqa banklardakından xeyli yaxşı olduğu bildirilir. Bankın likvidlik aktivlərinin məcmu aktivlərin 56 faizi səviyyəsində olduğu qeyd edilən məlumatda bunun iri təşkilatlara məxsus cari hesablardakı vəsaitlərlə bağlı olduğu diqqətə çatdırılır.

“İndiyədək bu vəsaitlər sabit qalsa da, bank fondlarının cəmləşmə səviyyəsini artırır. Bununla bağlı “Kapital Bank”ın likvidlik profilini o qədər də yüksək dəyərləndirmirik”, – deyə “S&P”-nin məlumatında göstərilir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə