Qeyri-neft məhsullarının ixracı artıb - VİDEO

Qeyri-neft məhsullarının ixracı artıb - VİDEO
Sankt-Peterburqda şərab evi açılacaq

Azərbaycan bu il 14 ölkəyə qeyri-neft məhsullarının ixracını stimullaşdırıb. Qeyri-neft məhsullarının çeşidlərinin və həcmlərinin artırılması istiqamətində işlər aparılırdığını deyən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycanda qeyri-neft məhsullarının ixracının bu il artıdığını deyib. 

Nazir müavini, bu ilin 5 ayı ərzində xarici ticarət əməliyyatları aparan iş adamlarının sayı 18400-ə çatdığını, bunun isə ötən ilin 5 ayı ilə müqayisədə 74 faiz artım olduğunu deyib. O, bu il ticarət və şərab evləri şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdiyini, Qazaxıstanın Nur-Sultan şəhərində "Azərbaycan nemətləri" adlı mağazanın açılacağını deyib. Onun sözlərinə görə, həmçinin Rusiyanın müxtəlif bölgələrində böyük mağaza və mağaza şəbəkələrində "Azərbaycan küçələri"nin açılması istiqamətində işlər aparılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev isə bildirib ki, bu il azərbaycanlı qeyri-neft məhsulları ixracatçıları ixracın təşviqi proqramı çərçivəsində 5,042 milyon manat vəsait əldə edib. İxracın həm həcmini, həm də coğrafiyasını genişləndirmək istiqamətində işlər aparıldığını deyən Yusif Abdulalev bildirib ki, Sankt-Peterburqda şərab evinin açılması planlaşdırılır:

Gələn ay Yekaterinburqda Azərbaycanın şərab evi açılacaq. Şərab evlərinin açılması Sankt-Peterburq və digər böyük şəhərlərdə də planlaşdırılır.

Yusif Abdullayev bunu da bildirdi ki, iyunun sonunadək Azərbaycanın ixrac missiyasının İsveçrəyə səfəri təşkil olunacaq. Onun sözlərinə görə, ixrac missiyasında 20-yə yaxın şirkətin nümayəndələri iştirak edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə