Minimum əməkhaqqı artırıldı - VİDEO

Minimum əməkhaqqı artırıldı - VİDEO
Minimum əməkhaqqı 250 manat oldu

Azərbaycanda minimum aylıq əmək haqqı, minimum pensiyalar, bir qrup müəllimin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda , özəl sektorda çalışanların əmək haqları artırıldı.

Prezidentin imzaladığı Sərəncamla, sentyabrın 1-dən etibarən minimum aylıq əmək haqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata qaldırıldı.

Bununla da ölkədə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu 40 faizədək üstələməsi təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev REAL-a müsahibəsində minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcəyini dedi. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Nazir müavini pensiyaların artımı barədə də danışdı. 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı da sentyabrın 1-dən 20 faiz artırılacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə