Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

REAL Report-a istinadla xəbər verir ki,  elektron yerləşdirmənin nəticələrinə əsasən, 1775 müəllim iş yerini dəyişib. 

Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib.

Uğur qazanmış şəxslər iyunun 24-26-da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə (ünvan: Mir Cəlal küçəsi 71) gələrək zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdiklərini təsdiq etməlidirlər.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə