OPEC+ iclasının vaxtı dəyişdirilib

OPEC+ iclasının vaxtı dəyişdirilib

OPEC-ə üzv və qeyri-üzv ölkələrin 6-cı iclasının iyulun 2-də Vyanada keçirilməsi qərara alınıb.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə OPEC-in saytında qeyd edilib.

İyulun 1-də isə OPEC ölkələrinin 176-cı iclası keçiriləcək.

Qeyd edək ki, əvvəlcə OPEC+ görüşünün iyunun 25-27-də keçirilməsi planlaşdırılırdı.Lakin Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Yaponiyada G-20 sammitinə görə münasib vaxt olmadığını bildiriblər. Daha sonra görüşün vaxtının iyunun sonu, iyulun əvvəlinə dəyişdirilməsi təklif olunub, İranın neft naziri isə iyunun sonu tarixinin uyğun olmadığını və görüşün iyulun 11-də keçirilməsini təklif edib.

Ötən gün isə OPEC-in Birgə Texniki Komitənin iclasının iyunun 8-də, Birgə Monitorinq Komitəsinin iclasının iyulun 10-da, OPEC-in iclasının iyulun 11-də, OPEC+ görüşünün isə iyulun 12-də keçirilməsinin  təklif edildiyi bildirilmişdi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə