Azərbaycanda şirkət 30 min avro cərimələnib

Azərbaycanda şirkət 30 min avro cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Aztexnika LTD” MMC-ni 30000 avro məbləğində inzibati cərimə edib.

REAL Report-a istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimələnib. 

Cərimə ilə bağlı qərardan verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Aztexnika LTD” MMC ağır sənaye avadanlıqlarının idxalçısı və distribyütorudur. Şirkət dünyanın aparıcı markalarının idxal etdiyi texniki avadanlıqların rəsmi nümayəndəliyini öz üzərində cəmləşdirib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə