Minimum əmək haqqı artırıldı - VİDEO

Minimum əmək haqqı artırıldı - VİDEO
Minimum əmək haqqı 250 manat oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev  mövzuyla bağlı danışır.

"Ölkədə minimum əmək haqqı 180 manatdan 250 manat çatdırılıb. Prezidentin bununla bağlı imzaladığı sərəncamın əhatə dairəsi 1 milyondan çox insanı əhatə edəcək. 250 manatadan aşağı əmək haqqı alan olmayacaq. Orta hesablamalara görə, 30-40 faiz arasında 450 minə yaxın 500 minə yaxın vətəndaşımızın əməkhaqqları artacaq. Ölkə başçısının sərəncamına əsasən minimum əməkhaqqlarının artımı 2019-cu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək.Həmin tarixə qədər isə hökumətdə alt sənədlər əməkhaqqlarının uyğunlaşdırılması ilə bağlı həm vahid tarif cədvəli üzrə, həm də digər əməkhaqqı sistemi üzrə sənədlərin hazırlanması prosesi başa çatdırılacaq. Minimum əməkhaqqının artırılması özəl sektora da şamil olan mexanizmdir. Burada da 180 manat əməkhaqqı alan şəxslərin maaşı 250 manata çatdırılacaq. Özəl sektorada olan müəssisələrdə də artımlar olacaq. Ümumilikdə 1 miyona yaxın vətəndaşımız bu artımdan faydalanacaq. Dünən Prezident İlham Əliyev tərəfindən 16 sərəncam imzalanıb. Sərəncamları kateqoriyalara bölsək  40 faiz əməkhaqqının artırılması, hüquq-mühafizə orqanları və hərbi qurumlarda təminat xərcliyi və vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqlarının orta hesabla 40 faiz artırılması, dövlət qulluqçularının əməkhaqqlarının artırılması buraya aiddir, hansı ki, bu sərəncamla dövlət qulluqçularının əməkhaqqlarının təxminən 50 faiz artırılmasının şahidi olacağıq", -deyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə