Ordumuzun yeni təlim mərkəzi - VİDEO

Ordumuzun yeni təlim mərkəzi - VİDEO
Müdafiə naziri Z.Həsənov təlim mərkəzinin açılışında iştirak edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Açılış mərasimində mərkəz haqqında Müdafiə nazirinə məruzə edilərək bildirilib ki, burada təlimlərə cəlb olunacaq şəxsi heyətin yerləşdirilməsi və fəaliyyəti üçün lazımi infrastruktur yaradılıb.

Qeyd olunub ki, real döyüş şəraitinə uyğun inşa edilən təlim mərkəzində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Müdafiə naziri poliqonun ərazisindəki hərbi infrastruktur obyektlərinə baş çəkib, müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərini izləyib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə