Yeni sərgi-satış mərkəzi - VİDEO

Yeni sərgi-satış mərkəzi - VİDEO
Mərkəz sənaye parkları və məhəllələrin istehsalı üçün nəzərdə tutulub

Masallıda sənaye parklarında və məhəllərində mebel istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların məhsullarının Sərgi-satış Mərkəzi açılıb.

1200 kv. metr sahədə yaradılmış Mərkəzdə müxtəlif çeşidli mebel dəstləri, yataq, mətbəx mebelləri, stol və masalar, divan, mebel aksesuarları və s. nümayiş olunur.

Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Bunlar Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarıdır.

İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 12 rezident istehsala başlayacaq.

Sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. 

Hazırda Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir. Bu il daha iki sənaye məhəlləsinin yaradılması planlaşdırılır.

Fəaliyyətdə olan sənaye məhəllələrində indiyədək 33 milyon manatlıq məhsul istehsal edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə