ÜTT-nın yekun konfransı - VİDEO

 ÜTT-nın yekun konfransı - VİDEO
Zurab Pololikaşvili: Azərbaycanda mərkəz açmaq niyyətindəyik

Dünyanən 5 qitəsindən 40 ölkənin turizm administrasiyasının rəhbəri və nümayəndələri Bakıda səfərdədilər. Onlar ölkəmizin mədəni irsi ilə yaxından tanış olub və səfərlərindən məmnun qalıblar.

Bunu 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili gələcəkdə Azərbaycanda mərkəz açmaq niyyətində olduqlarını bildirib. O əlavə edib ki, bu ilin sentyabrında Sankt-Peterburqda ÜTT-nin Baş Assambleyası keçiriləcək. Burada turizm sahəsində təhlükəsizlik və viza məsələləri diqqət mərkəzində olacaq.

Baş katib kənd turizminin inkişafının da diqqət mərkəzində olduğunu bildirib. Bununla belə, o, turizm sahəsində təhsillə bağlı xüsusi layihələrin həyata keçiriləcəyini qeyd edib.

Baş katib deyib ki, tədbir iştirakçılarına Azərbaycanda qalmağı, mədəniyyəti ilə tanış olmağı və mətbəxini dadmağı tövsiyə edib.

Qeyd edək ki, Zurab Pololikaşvilinin rəhbərlik etdiyi Ümumdünya Turizm Təşkilatının hazırda 149 üzvü var. Bakıda keçirilən tədbirdə Amerika Birləşmiş Ştatları da Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə