“Ordumuz müasir silahlara malikdir“ - VİDEO

“Ordumuz müasir silahlara malikdir“ - VİDEO
Müdafiə naziri: Helikopterlərimiz uzaq məsafəli hədəfləri vurmağa qadirdir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti yeni inşa olunan təlim mərkəzinin açılışında iştirak edib.

Mərkəzlə tanışlıqdan sonra nazir mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir. Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var. Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır. Ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ermənistanın Müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi qulluqçusu, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirib. 

Zakir Həsənov Azərbaycan və Pakistan Xüsusi Təyinatlı Qüvvələrinin birgə təlimləri keçirməsi məsələsinədə aydınlıq gətirib.

Z. Həsənov onun ermənilərin hədəf dairəsi düşməsinə də münasibət bildirib. Qeyd edib ki, ermənilərin 35 km məsafədə atan topu da yoxdur, məni necə vura bilərlər?

Müdafiə naziri Gəncə yaxınlığında yerləşən Seyfəli poliqonundan atılan mərminin vətəndaşın evinə düşməsi barədə yayılan məlumatlarada münasibət bildirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyük olmasınıda bildirib. Qeyd edib ki, Türkiyənin təcrübəsindən hər gün bəhrələnirik və təlimlərdə istifadə edirik".

Z. Həsənov bildirib ki, Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yeniləndiyinidə diqqətə çatdırıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə