Bakı metrosu “Azercell“in 4G şəbəkəsi ilə əhatə olunacaq

Bakı metrosu “Azercell“in 4G şəbəkəsi ilə əhatə olunacaq

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” Bakı metropolitenində mobil rabitənin keyfiyyətinin artırılması istiqamətində tədbirlər görür.

REAL xəbər verir ki, şirkətdən “APA-Economics”ə verilən məlumata görə, cari ildə daha yüksək sıxlıq müşahidə edilən stansiyalar 4G şəbəkəsi ilə əhatə ediləcək. Gələn il isə şəbəkə yalnız platformalarda deyil, tunellərdə də daha sürətli olacaq. 

Qeyd edək ki, ötən il “Azercell”in 4G şəbəkənin əhatə dairəsi 61,4%, istifadəçilərin sayı isə 86,2% artıb. 2018-ci ildə ümumi mobil internet trafiki 55%, LTE mobil trafiki isə 199% artıb.

Hazırda regionlarda şəbəkənin genişləndirilməsi üzərində aktiv işlər aparılır. Hazırda rayon mərkəzləri 4G şəbəkəsi ilə təmin edilib. Bu məqsədlə şirkət tərəfindən 770 4G baza stansiyası quraşdırılıb. 

Bununla yanaşı gələcəyin texnologiyası olan 5G şəbəkəsinin qurulması üzrə də fəal danışıqlar aparılır və texniki avadanlığın xüsusiyyətləri müəyyən edilir. Ən yaxşı modeli seçdikdən sonra, pilot layihənin icrasına start veriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə