Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Ramiz Mehdiyev Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ufa şəhərində keçirilən X təhlükəsizlik məsələlərinə məsul yüksək rəsmilərin beynəlxalq görüşü zamanı danışıqlar aparıblar.

REAL “Report”a istinadən xəbər verir ki, görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.

Qeyd edək ki, bənzər görüş Rusiya tərəfilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə