Azərbaycanda məktəbəhazırlığa getməyən uşaqların sayı açıqlanıb

Azərbaycanda məktəbəhazırlığa getməyən uşaqların sayı açıqlanıb

Azərbaycanda 2018/2019-cu tədris ilində məktəbəqədər hazırlığa getməyən 5 yaşlı uşaqların sayı 20-25 faiz təşkil edib.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cari ildə 5 yaşlıların 75-80 faizi məktəbəqədər təlimə cəlb olunub: “Növbəti hədəf bu göstəricinin 2020-ci ildə 90 faiz olmasıdır. Əlverişli demokrafik inkişaf 1-ci sinifə qəbul olanların sayında da artımla özünü göstərib. 2018-ci ildə 165 mindən çox uşaq 1-ci sinifə qəbul olub. 2013-cü ildə isə bu göstərici 138 min idi. Bu gün Azərbaycanda ümumtəhsil pilləsində 1 milyon 533 minə yaxın uşaq təhsil alır”.

Nazir müavininin sözlərinə görə, Azərbaycanda son 15 ildə təhsilin inkişafı üçün, eləcə də təhsil infrasturkturunun inkişaf etdirilməsi üçün müvafiq işlər görülməkdədir:“Ümumtəhsilin ibtidai, ümumorta və tam orta pillələrində həm qızlar, həm də oğlanlar arasında savadlılıq səviyyəsi, riyazi bacarıqlar göstəricisi yüz faizlik göstərici ilə ifadə olunur. Hər il ali təhsil müəsissələrinə 50 mindən artıq tələbə qəbul olur”.İ.İsayev xatırladıb ki, hazırda dünyada 53 milyona yaxın uşaq məktəbə getmir: “Onların da böyük bir qismi münaqişə zonasında yerləşən ölkələrin əhalisinin payına düşür. Bu gün 103 milyondan artıq gəncin savadlılıq dərəcəsi sıfırdır, bunun da 60 faizini qadınlar təşkil edir”.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə