Smartavia Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

Smartavia Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir

Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqdan Bakıya birbaşa aviareys açmaq niyyətindədir.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı rəsmi məlumatda bildirilir.

Aviaşirkətin məlumatına əsasən, Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara bu yay başlanacağı gözlənilir. Uçuşlar Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə