Azərbaycan hakimlərinin UEFA kateqoriyaları açıqlanıb

Azərbaycan hakimlərinin UEFA kateqoriyaları açıqlanıb

UEFA beynəlxalq dərəcəli hakimlərin 2019-cu ilin ikinci yarısı üçün kateqoriyalarını açıqlayıb.

REAL APA-ya istinadla xəbər verir ki, bu dərəcələr 2019/20 mövsümünün bu ilə aid hissəsində təyinatlar zamanı nəzərə alınacaq.

Elit kateqoriyasına 26, birinci kateqoriyaya 48, ikinciyə 93, üçüncüyə 107 hakim daxil edilib. 

Azərbaycan hakimlərinin də dərəcələri məlum olub. Təmsilçilərimiz arasında ən yüksək reytinqə malik olan Əliyar Ağayev 1-ci kateqoriyalı referi kimi mövqeyini qoruyub.

Digər iki FİFA hakimimiz Rauf Cabbarovla Rəhim Həsənov isə 3-cü kateqoriyalı UEFA hakimi kimi qalıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə